Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 17:25:00
Teledərslər  yeni tədris ilində davam etdiriləcək? - RƏSMİ  

 

 

“Ümumtəhsil müəssisələrində təlimin pandemiya şəraitində ənənəvi qaydada davam etdirilməsi məsləhət görülmür.

 

Əgər rəsmi qərar verilərsə, sanitar-epidemioloji qaydalarına riayət etməklə baş tuta bilər. Məsələn, həftədə 2 gün dərs keçmək olar. Bütün günləri davam etməsi bu şəraitdə alınmaya bilər”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitunun direktor müavini Ənvər Abbasov Təhsil Nazirliyinin canlı yayımı zamanı səsləndirib.

 

O, tele-dərslərin onlayn təhsildəki rolunu da vurğulayıb:

 

“Ölkəmizdə 55-60-dan yaşı çox olan müəllimlər 31%-i təşkil edir. Bunu da nəzərə almalıyıq ki, yaşlı insanlar üçün pandemiya şəraitində canlı ünsiyyət riskdir. Tele-dərslərin davam etməsi faydalı olacaq. Tele-dərslər vasitəsilə bu il 2500-dən artıq dərs keçildi”.

Müzakirə zamanı Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirdi ki, yeni tədris ilində teledərslər davam edəcək.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları