Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 16:39:00
DİM: Sabahdan imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq

Avqustun 14-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

DİM-dən  bildirilib ki, avqustun 14-də DİM-in “Facebook” səhifəsi və “YouTube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.

Qeyd edək ki, bu gün DİM tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.