Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 14:16:00
Son imtahanların rekordçuları bu mərkəzin yetirmələridirlər – Bölgədə  yerləşir, amma…

 

 

Sevindirici haldır ki, DİM tərəfindən keçirilən buraxılış imtahanlarında ən yüksək bal toplayan abituriyenlər- Mirənvər İsmayılzadə(300 bal)  və  Rüstəm Əzimzadə(289 bal) – bölgə məktəblərinin yetirmələridir və ali məktəbə də orada hazırlaşıblar.

 

 Onların hər ikisi Lənkəranda fəaliyyət göstərən Maarif Tədris Mərkəzində hazırlıq keçiblər.  Mirənvər İsmayılzadə ötən il buraxılış və blok imtahanların ümumi nəticəsində  651 bal toplasa da ali təhsil almağa müəyyən səbəblərdən tələsməyib.

 

O, bu il Maarif  Təhsil Mərkəzində hazırlığını davam etdirərək, bu il buraxılış imtahanından maksimal bal toplayaraq, Respublika birincisi olub.  

 

Təhsil Mərkəzinin təsisçisi və rəhbəri Arif Alxaslı AzEdu.az-a açıqlamasında yetirmələrinin  uğuru barəsində danışıb: 

 

 

“Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar təhsil  mərkəzinin yüksək hazırlıq səviyyəsindən xəbər verir”

“Maarif  Təhsil Mərkəzi 2014-cü ildən fəaliyyətə başlayıb. Artıq 7 ilə yaxındır ki, abituriyent  hazırlığı davam etdirilir.

Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar tədris mərkəzinin yüksək hazırlıq səviyyəsindən xəbər verir. Ən yüksək nəticəni isə bu il Mirənvər İsmayılzadədən  gördük. Mirənvər mərkəzimizdə  2015-ci ildən hazırlığa başlayıb. 1-2 il ödənişli təhsildən sonra ödənişsiz olaraq hazırlığa davam edib.

 

Digər uğurlu nəticəni isə Rüstəm Əzimzadə göstərib. O, buraxılış imtahanlarının ilk mərhələsində 289 bal topladı. 3 ildir ki, Rüstəm mərkəzdə hazırlığını davam etdirir.

 

Bu nəticələrin  əldə olunmasında  mərkəz müəllimlərinin əziyyəti böyükdür. Onlara öz təşəkkürümü bildirirəm. Həmçinin, abituriyentlərimə də minnətdaram ki, hər il yüksək göstəricilərlə bizi sevindirirlər”.

 

 Arif … bildirdi ki, dərslər ənənəvi formada davam etsəydi, abituriyentlərin nəticələri daha yüksək olardı. O, həmçinin abituriyentlərin qarşılaşdığı internet problemindən də danışdı:

“Koronavirusla əlaqədar martın 9-dan onlayn dərslərə tədris mərkəzində start verildi. Martın 11-dən isə Təhsil Nazirliyinin göstərişinə əsasən, bütün təhsil mərkəzlərində ənənəvi dərslər dayandırıldı. Onlayn dərslərdə abituriyentlərlə hazırlığa önəm verdik. Ənənəvi dərslər davam etsəydi, indikindən daha yüksək nəticə əldə edəcəyimizi düşünürəm. Ən azı 4 abituriyetimizdən Mirənvər və Rüstəmin nəticəsini gözləyirdim. Rayonda internet şəraitinin hər evdə eyni cür olmaması səbəbindən onlayn dərslərdə problemlər yarana bilirdi”.

Arif Alxaslı  təhsil  mərkəzində ibtidai siniflərin də hazırlığına başlandığını qeyd etdi:

 

“Mərkəzdə abituriyent hazırlığı zamanı sinifləri 3 cür təşkil edirik: zəif, orta, güclü

Tədris mərkəzi  fəaliyyətə  9-11-ci siniflərin hazırlığı ilə başladı. İlk ildən yüksək nəticələrimiz olub. Artıq kursumuzda ibtidai sinif şagirdlərinin hazırlığına start verilib”.

 

“Tədris mərkəzinin filiallar şəbəkəsini artımağı düşünürük”

 

“Maarif” Tədris mərkəzinin 2 filialı var. Həmin filiallar Lənkəran və Bakı şəhərlərində yerləşir. İlk olaraq Lənkəranda açıldı. Bu prosesi davam etdirib, bir neçə bölgədə mərkəzin filiallarını açmağı düşünürük”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları