Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 12:41:00
Bu səhvlərə qətiyyən yol verməyin - Yanlış ixtisas seçimi edən tələbələrdən VACİB məsləhətlər

Xətalardan dərs almaq çox önəmlidir. İxtisas seçimində nələrə diqqət etməli olduğunuzu məhz tələbələr anladacaq. “Xəta etdim” deməmək üçün onlara diqqət edin:

 

Adətən, abituriyentlər topladıqları bala uyğun “1 il daha gözləməmək üçün hara olur olsun, tələbə adını qazanım” deyə istəmədikləri ixtisasları seçirlər. Həmçinin qəbul olunduqları fakültənin sonradan onlara uyğun olmadığı qənaətinə gəlinir. Məhz bu səbəbdən doğru seçim etmək çox önəmlidir. Doğru seçim etməyən və yenidən imtahana hazırlaşan tələbələrdən məsləhətlər:

 

(Ömər Sezer-Marmara universiteti, I kurs tələbəsi)-tibb üzrə təhsil alıram, lakin tam bir riyaziyyat vurğunuyam. Hazırda oxuduğum ixtisas da yaxşıdır, lakin bütün dərslər əzbərlənməlidir, qorxuram ki, uğurlu olmayacağam. Təkrar imtahana qatılmaqdakı məqsədim riyaziyyat üzrə oxumaqdır. İxtisas seçimində ailəniz istədiyi üçün seçim etməyin. Nə olur olsun, sevdiyiniz və gələcəkdə icra zamanı ürəklə çalışacağınız ixtisas olsun. Mən də ailəm istədi deyə seçim etdim və indi peşmanam.

 

Başıma nə gəldisə, tələskənlikdən gəldi

(Mehmet Çelik-Marmara universiteti I kurs tələbəsi)

 

Qəzet müxbirliyi ixtisası üzrə təhsil alıram, hədəfim hüquq oxumaqdır. Seçim edərkən topladığım bal hara uyğun gəlirsə, yazım gedim deyə düşündüm. Lakin bu ixtisası bitirdikdən sonra iş tapmaqda çətinliklərim olacağını görürəm. Bu səbəbdən yenidən imtahana qatıldım. Bacarığınız olan peşəni seçin. İxtisas seçimi zamanı bir neçə bilgili insandan məsləhət alın.

 

 

“Hara olur-olsun yazım deməyin”

Arda Gün-Ağdəniz universiteti I kurs tələbəsi

 

Ticarət üzrə təhsil alıram, lakin mənə görə bir ixtisas olmadığını anladım. Hara olur-olsun yazdım, amma bəyənmədim. Seçim edəcəklər müəllimlərinə çox güvənməsinlər, onlar keçid ballarına uyğun yerləri yazmağı təklif edəcək. Önəmli olan öz istədiyiniz bölümləri yazmaqdır. Hazırda sosiologiya üzrə təhsili hədəfləmişəm.

 

“Gözləmək itirmək deyil”

İsmayıl Gökhan Belverenli-Kocaeli universiteti I kurs tələbəsi

 

Elektrik mühəndisliyi üzrə oxuyuram. Hədəfim diş həkimliyi idi. Gözləsəm, yoxsa seçim etsəmmi dedim və seçim etdim. Əgər ixtisasınızı sevmirsinizsə, 1-2 il gözləmək itki deyil. Seçim etməzdən əvvəl bir neçə diş həkimiylə görüşdüm, seçmə çox çətindir dedilər. İxtisas seçimimi ən son gün etdim.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları