Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-29 12:47:00
Onlayn dərsləri bu üsullarla aktiv saxlaya bilərsiniz- Utancaq şagirdlər də qoşulacaq 

Tədqiqatçılar şagirdlərin dərsdə aktiv iştirakı ilə daha yaxşı öyrəndiklərini qeyd edir. Ancaq pandemiya müddəti bizi düşünmədiyimiz təhsillə qarşı-qarşıya qoydu:Ənənəvi təhsilin yerini alan uzaqdan təhsil...

 

Şagirdlər və müəllimlər arasında fiziki uzaqlığın yaşandığı bu müddətdə sosial bağları gücləndirmək daha önəmlidir. Onlayn dərslər başlananadək şagirdlərlə qısa söhbət etməkdə fayda var. Sinif otaqlarını əvəz etməsə də, müəllimlər evdə lövhə hazırlayıb ayaqüstə dərs keçə bilərlər. Ayaqüstə duran müəllim bədən dilindən yaxşı istifadə edəcəkdir. Şagirdləri sinifdə olduqlarını hiss etdirmək üçün suallar veriləndə əl qaldırıb cavablamalarına şərait yaradın. Bu üsulla utancaq şagirdlər də dərsdə aktiv iştirak edəcək, mövzuya diqqətləri artacaq.

 

Sinifdəki şagirdləri qruplara bölüb çalışma üzərində yönləndirmək olar.  Müəllimlər qruplara nəarət etməli, lazım olduqda onları yönləndirməlidirlər. Onlayn təhsildə şagirdin diqqətinin nə zaman yayındığını anlamaq çətindir. Bu kimi halların yaşanmaması üçün dərsi “canlı” effektli təşkil etmək lazımdır.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları