Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-25 16:05:00
Ölkə üzrə ƏN YÜKSƏK nəticə  toplayan UNEC  məzunu – “5 Avropa universitetinə qəbul olmuşam”

 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu ölkə üzrə ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə ən yüksək nəticəni əldə edib.

 

 İqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasının məzunu Eltac Rəcəbov 99,84 bal toplayaraq, ölkənin digər universitetlərinin məzunları arasında ÜOMG-yə görə birinci yeri tutub:

 

AzEdu.az-a təəssüratlarını bölüşən Eltac Rəcəbov bu nəticə üçün qarşısına məqsəd qoymadığını bildirdi:

 

“Bu cür uğur qazanmağım olduqca qürurverici haldır, lakin qarşıma məqsəd qoymamışdım ki, universiteti birinciliklə bitirəcəm. İmtahanlara semestr ərzində hazırlaşmaq lazımdır ki, sonra çətinlik yaratmasın”

 

Eltac əldə etdiyi uğurlu nəticədən sonra UNEC rektoru, professor Ədalət Muradovla görüşüb:

 

 “Yüksək nəticədən sonra rektor Ədalət Muradov mənimlə görüşdü və universitet barədə fikirlərimi soruşdu. Universitetdə hansı çatışmazlıqların olduğunu, nələrin daha yaxşı ola biləcəyini, ikili diplom proqramı və s. bu istiqamətlərdə söhbət etdik. Həmçinin Ədalət müəllim UNEC üçün planlaşdırılan işlərdən bir qədər məlumat  verdi”.

 

“Beynəlxalq təşkilatlar və böhranların idarə olunması” ixtisasda davam etmək istəyirəm”

 

Eltac magistr təhsili üçün Almaniya universitetlərini seçəcəyini açıqladı:

“Almaniyanın 5 universitetinə qəbul olunmuşam. Hələ hansı universiteti  və ixtisası seçəcəyimə dəqiq qərar verməmişəm. Buna baxmayaraq daha çox “Beynəlxalq təşkilatlar və böhranların idarə olunması” ixtisasında davam etmək istəyirəm. Bu ixtisas Almaniyanın Yena Universitetindədir”.

 

“Müxtəlif təhsil proqramlarında iştirak etmək ən az universitet dərsləri qədər vacibdir”

 

Tələbəlik dövründə 2 və 3-cü kurslarda universitetin təşkil etdiyi müxtəlif konfranslarda iştirak etmişəm, bir neçə məqaləm də çap olunub. 4-cü kursdan başlayaraq bir neçə proqramlarda iştirak etdim. Həqiqətən də müxtəlif təhsil proqramlarında iştirak etmək ən az universitet dərsləri qədər vacibdir. Həm yeni savadlı insanlarla tanış olursan, həm də öz sahənə uyğun praktik bilgilər əldə edirsən”.

 

Universitetin ənənəsinə uyğun olaraq, E.Rəcəbov ən yüksək bal (98.53) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilib.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları