Azedu.az

UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə onlayn sənəd qəbulu davam edir  

Ali təhsil

Maraqlı

24 İyul 2020, 18:12
UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə onlayn sənəd qəbulu davam edir  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu davam edir.

 

AzEdu.az  xəbər verir ki, qəbul maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit, dünya iqtisadiyyatı, ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə onlayn keçirilir.

 

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla aparılır. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.

 

Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qanunverciliyinə uyğun olaraq vahid dövlət imtahanı əsasında qəbul edilir. Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat, Azərbaycan və ya rus dili, coğrafiya fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.

 

Qəbul barədə ətraflı məlumatı UNEC-in və filialın rəsmi saytlarından əldə etmək mümkündür.

 

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox