Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-12 15:49:00
Rusiyada təhsil imkanı

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir.

 

AzEdu.az  xəbər verir ki, bakalavriat səviyyəsi üzrə elan edilən təhsil proqramı çərçivəsində tədris rus dilindədir. Təhsil müddəti isə 4 il nəzərdə tutulub.

 

Namizədlər üçün son müraciət tarixi 16 iyul 2020-ci ildir.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan sənədlərin surətlərini [email protected]  elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

 

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.