Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 17:49:00
Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib? - MÜƏMMA

AzEdu.az bu yazısında indiyə qədər Nobel alan qadınların statistikasını təqdim edir. Buradakı rəqəmlərin azlığı sizi də təəccübləndirə bilər.

Nobel Komitəsinin son illərdə verdiyi qərarlar dünya mediası tərəfindən mübahisə predmeti kimi dəyərləndirilir. Belə qərarlardan biri də fizika, tibb-fiziologiya, kimya və iqtisadiyyat nominasiyalarında Nobel mükafatının uzun illərdir ki, qadınlara verilməməsidir.

Sülh və Ədəbiyyat üzrə Nobel mükafatında qalib qadınların olmasına baxmayaraq, yerdə qalan nominasiyalarda üstünlük böyük çoxluqla  kişilərin tərəfindədir. 

Fizika üzrə Nobel mükafatı və qadınlar 1903-cü ildən bu yana Nobel mükafatına cəmi iki qadın alim layiq görülüb. İndiyə qədər 203 alim fizika sahəsində Nobel mükafatına sahiblənib. Onların arasında cəmi iki qadının olması çox təəccüblüdür. Həmin qadınlar Mariya Mayer (1963) və məşhur alim Mariya Küridir.

Fizika nominasiyasında məşhur fizik, dünya fizika elminin canlı əfsanəsi sayılan Vera Rubinin hələ də Nobel mükafatına layiq görülməməsi çoxları tərəfindən təəccüblə qarşılanır.

Hətta dünyanın bir çox universitet və elmi mərkəzləri sosial şəbəkələrdə “Nobel for Rubin” adı altında virtual təbliğata başladılar. Lakin bunun da xeyri olmadı. Qalaktikaların hərəkəti və fırlanmasının, eləcə də bu hərəkətin bəzi fəsadlarını aşkara çıxaran 88 yaşlı fizik qadın yenə də mükafatsız qaldı. 

Kimya sahəsində də Nobel alan qadınların sayı fizik qadınlardan o qədər də çox deyil. Nobel tarixində 171 kimyaçıya bu mükafat təqdim olunub ki, onlardan da yalnız 4-ü qadındır. Fizika üzrə Nobel qalibi olan Mariya Küri kimya sahəsində də bu mükafata sahiblənməklə dünyada ilkə imza atmış oldu.

Onun qızı İren Küri dünya tarixində Nobel mükafatına layiq görülən ikinci qadın kimyaçıdır. Doroti Holdkin (1964) və Ada Yonat (2009) Nobelə layiq görülən son kimyaçı xanımlardır.

Qeyd edək ki, Nobel mükafatı eyni ildə bir nominasiyada ən çox üç adama verilə bilər. Qadınların fizika və kimya nominasiyasında nə üçün bu qədər az fərqlənməsinin isə konkret bir cavabı yoxdur. Bobel Komitəsi elm dünyasında cins faktorunun heç bir önəm daşımadığını, sadəcə, elə elmi kəşflər var ki, onları dəyərləndirmək üçün on illərlə vaxt sərf olunduğunu qeyd edirlər. Üstəlik sonda mükafatın  təqdim edilib-edilməməsi də dəqiq deyil. Ədəbiyyat üzrə Nobel mükafatını isə indiyə qədər  14 qadın alıb ki, bu da o biri nominasiyalara baxanda yüksək göstəricidir.