Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 16:35:00
Ali təhsil müəssisələri və elmi təşkilatlarda təhsil alan doktorantların sayı açıqlanıb

Ölkəmizdə elmi kadr potensialının artırılmasında böyük rola malik 119 ali təhsil müəssisəsi və elmi təşkilatda təhsil alan doktorantların sayı 2850 nəfər olub.

 

AzEdu.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, doktorantların 78,6 faizi fəlsəfə, 21,4 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıblar. Onların 36,0 faizi elmi müəssisə və təşkilatlarda, 64,0 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 33,7 və 66,3 faiz, elmlər doktoru proqramı üzrə isə 44,2 və 55,8 faiz təşkil edib.

 

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 50,6 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 30,1 faizi 40 yaşadək şəxslərdir. Fəlsəfə doktoru proqramı üzrə 2239 doktorantın 365-i iqtisad, 310-u filologiya, 265-i texnika, 177-si aqrar, 142-si tibb, 116-sı riyaziyyat, hər birində 104 nəfər olmaqla siyasi və biologiya, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

 

Doktorantlardan 102 nəfər filologiya, 83 nəfər aqrar, 60 nəfər tarix, 59 nəfər biologiya, 58 nəfər texnika, 51 nəfər iqtisad, 49 nəfər kimya, 21 nəfər tibb, 20 nəfər yer, 19 nəfər hüquq elmləri, 19 nəfər sənətşünaslıq, 70 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsillərini davam etdirir.