https://www.zirve.edu.az/
23.05.2020 14:54
Rektor vətəndaşları onlayn qəbul edib
Çap et

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev vətəndaşları onlayn platformada qəbul edib. Qəbulda universitet əməkdaşları, tələbələr və valideynlərin müraciətləri dinlənilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, qəbulda onlayn dərslərin gedişi, imtahanlara hazırlıq, magistr dissertasiya işlərinin müdafiəsi, kəsiri olan tələbələrin problemlərinin həlli, təhsil haqlarının ödənilməsi və işə qəbulla bağlı suallar cavablandırılıb.

 

Qeyd edilib ki, vətəndaşların onlayn qəbulu hər həftənin 2-ci və 5-ci günləri, saat 14:00-dan 17:00-dək keçirilir.

 

Qəbulda iştirak etmək istəyən şəxs  bir gün əvvəldən AzTU-nun rəsmi saytının “Onlayn qəbul” bölməsində qeydiyyatdan keçib, elektron kabineti üzərindən müraciət etməlidir. Yalnız bu halda vətəndaşa qəbulda iştirakın tarixi (gün və saat), həmçinin onlayn qoşulmaq üçün link göndərilir.

 

Bildirilib ki, əgər vətəndaş qəbulda iştirak etmək istəmirsə, öz  müraciətini elektron formada da göndərə bilər.