Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 16:46:00
DİM-in Sənəd Qəbul Komissiyaları qeyri-iş günlərində fəaliyyət göstərəcək?- TARİX

Məlum olduğu kimi bəzi abituriyentlər ali təhsil müəsissələrinə, eləcə də kolleclərə  sənəd qəbulunda iştirak etmək üçün DİM-in Sənəd Qəbul Komissiyalarına müraciət etməlidirlər.

 

 Abituriyentləri maraqlandıran əsas məsələ qeyri- iş günlərində SQK-nın fəlaiyyət göstərib göstərməyəcəyidir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə  mayın 23, 29, 30-u  qeyri-iş günlərində Sənəd Qəbul Komissiyaları fəaliyyət göstərəcək.

 

Qəbul 18 maydan iyunun 5-ə dək saat 09.30-dan 17.00-a qədər   DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

 

Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, görüşün mövzusu, yeri, tarixi və saatı) xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər. Təyin olunan görüşün vaxtını və yerini dəyişmək istəyənlər “Görüşdən imtina edirəm” bölməsinə müvafiq məlumatları daxil etməklə görüşdən imtina edib yeni görüş təyin edə bilərlər.