https://www.zirve.edu.az/
22.05.2020 14:10
Şagirdləri üçün darıxan müəllimdən fərqli addım- Onlara oyuncaq tikdi

Xeyli valideyn pandemiya səbəbiylə şagirdlərin evdə qalmasından bezmiş vəziyyətdədir. Bundan müəllimlərin məmnun olduğu düşünülür. Lakin çox müəllimdə əksinədir. Müəllimlər sistemi dəyişib, onlayn tədrisə keçiblər, ancaq onlar şagirdləri ilə üz-üzə olmaq üçün darıxırlar. Bu müəllimlərdən biri Hollandiyada ibtidaisinif müəllimi  Ingeborg Meinster-Van der Udindir. O, 23 şagirdi üçün o qədər darıxdı ki, hər birini təmsil edən oyuncaqlar toxudu.

 

“Məktəbdə hər şey yolunda gedirdi. İndi uşaqlar məktəbdə deyillər və mən onlar üçün çox darıxıram”.

 

Müəllim toxuduğu oyuncaqları sosial şəbəkədə görüb və onları hazırlayıb. Hər oyuncağa 3-4 saat vaxt sərf edib. Detallara o qədər fikir verib ki, oyuncaqları görən şagirdlər kimə aid olduğunu həmən anlayıb. Oyuncaqları görən şagirdlər müəllimlərinin də özünə aid oyuncağının olmasını istədilər. Müəllim özünə də bənzəyən oyuncaq toxudu. Müəllim bildirdi ki, bu işə yenə davam edəcək. Məktəbdə qalan əşyalarını götürməyə gələn şagirdlərinə oyuncaqları tək-tək payladı.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları