Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 14:33:00
Tələbələrin bütün kəsrləri silinəcək?-Ekspert AÇIQLADI

“Bütün kurslar üzrə ötən semesrtlərdə qeydə alınmış kəsrlər kredit borcu ödənilməklə ləğv olunacaq. Bu, xüsusilə, IV kurs tələbələri üçün nəzərdə tutulur”.

Mələsə ilə bağlı AzEdu.az-la fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi bu qərarın hələlik rəsmi təsdiq olunmadığını bildirib.

“Tələbələr “kəsrləri verə bilərdilər” ehtimalı ilə güzəşt nəzərdə tutulur. Buna görə də onlar  sadəcə kredit pulunu ödəməlidirlər.  Universitetlərdə müzakirələr aparılıb, bu qərarın rəsmi təsdiq olunması gözlənilir”.

Qeyd edək ki, həmin fənn üzrə qiymətin nəyə əsasən yazılacağı və  s. detallar hələlik məlum deyil.