Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 12:48:00
Bu ölkədə məktəblər açılır – “3  həftəyə hər şey düzələcək”

“Uels məktəbləri gələn ay qapılarını yenidən şagirdlərə aça bilər. Şagirdlər və müəllimlər üçün şəraitin təhlükəsiz olduğuna əmin olduğumuz andan 3 həftə sonra tədris müəssisələrinin fəaliyyətini bərpa edə bilərik”.

 

AzEdu.az Britaniyanın “The İndependent” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Uelsin birinci naziri Mark Dreykford söyləyib.

 

Onun sözlərinə görə, məktəblər mərhələli şəkildə açılacaq:

 

"Həmkarlar ittifaqları və yerli təhsil orqanlarına tövsiyələrimiz budur ki, məktəblərin yenidən açılacağı vaxta qədər ən azı üç həftəyə ehtiyacınız olacaq.

 

Bəzi qruplar digərlərindən daha erkən məktəblərə geri dönə bilərlər - altı yaşlı uşaqları nümunə göstərmək olar.

 

Ancaq mən məktəbəqayıdışı mərhələli şəkildə həyata keçirməyi düşünürəm. İlk gündən bütün uşaqları siniflərə geri qaytarmaq fikrində deyilik”.

 

"Əlbəttə ki, məktəbləri əvvəlki kimi açmaq olmaz. Ən çox ehtiyacı olan şagirdlər dərslərə başlayacaq. Daha sonra isə vəziyyəti diqqətlə izləyəcəyik və durumun təhlükəsiz olduğuna əmin olduğumuz andan etibarən daha çox uşaq məktəblərə geri dönəcək. Beləliklə, zamanla əvvəllər öyrəşdiyimiz normal həyata geri qayıdacağıq", - deyə cənab nazir sözlərinə əlavə edib.