Azedu.az

ELAN: Kimya üzrə fəlsəfə doktoru BDU tələbələri üçün onlayn mühazirə keçəcək

18 May 2020, 11:03
ELAN: Kimya üzrə fəlsəfə doktoru BDU tələbələri üçün onlayn mühazirə keçəcək

AzEdu.az  xəbər verir ki, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Zərif üzvi sintez”  ETL-nın aparıcı elmi işçisi,  Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan kimya üzrə fəlsəfə doktoru  Ataş V. Qurbanov  22 may 2020-ci il saat 15:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçəcəkdir.

 

Virtual mühazirədə iştirak etmək istəyən şəxslərin 21 may 2020-ci il saat 17:00-dək [email protected] ünvanına müraciət etməsi xahiş olunur.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox