Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-17 23:35:00
Semestr imtahanında iştirak edə bilməyən tələbənin təqaüdü kəsiləcək?-Ekspert açıqladı

“Semestr imtahanları iyun və iyul ayının 10-dək baş tutacaq. İmtahanlar iki formada olacaq: onlayn və canlı (təhsil müəssisələrində).
İmtahanlar əsasən, test, şifahi və yazılı olacaq.
Onlayn dərslərdə iştirak edə bilməsə də imtahanlarda iştirak etmək istəyənlər imtahanlara buraxılacaq. IV kurs tələbələrinə yekun qiymətləndirmə dövlət imtahanı olmayacaq. Hansı universitetlərdə ki, diplom işi tələb olunur sırf o ATM-lərə buraxılış işləri təqdim olunmalıdır”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi deyib

 

O, həmçinin bildirdi ki, onlayn dərslərdə iştirak edə bilməyən tələbələr yenidən imtahan verəcəklər:

 

“Onlayn dərslərdə, eləcə də imtahanlarda iştirak edə bilməyənlər avqust-sentyabr aylarında təşkil ediləcək əyani icmal mühazirələrdə iştirak edəcəklər və sentyabrda imtahana qatılaraq imtahanlarını verəcəklər. Bütün kurslar üzrə ötən semestrlərdə qeydə alınmış kəsrlər kredit borcu ödənilməklə ləğv olunacaq. Xüsusilə də IV kurs üzrə.
 Hər hansı bir tələbə təqaüd aldığı əgər iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulan semestr imtahanlarında iştirak etməzsə, onun təqaüdü dayanmayacaq. Yəni bu barədə Təhsil Nazirliyinin mənfi qərarı yoxdur.
Təhsil haqqını bütün tələbələr ödəməli və sonra imtahanda iştirak etməlidirlər. Hər hansı bir tələbə təhsil haqqını ödəyə bilmirsə və bunun üçün imtahanlarda iştirak edə bilmirsə, o zaman həmin tələbə avqust-sentyabr aylarında təşkil ediləcək əyani icmal mühazirələrdə iştirak edə və sentyabrda imtahan verə bilər.

 

Bütün proses boyu tərəflər bir-birinə qarşılıqlı anlayış göstərməli və ədalətli qərar verməlidirlər.

 

22 və ya 29 may tarixlərində qalan digər suallara aydınlıq gələcəyini düşünürəm”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları