Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 09:51:00
Alimlər: Koronavirus şizofreniyaya yol aça bilir

ABŞ-ın San-Dieqo şəhərində yerləşən Kaliforniya universitetinin mütəxəssisləri bu qənaətə gəliblər ki, koronavirus mərkəzi sinir sistemini zədələmək gücünə sahibdir.

“İzvestiya” xəbər verir ki, koronavirusa yoluxan hamilə qadınların uşaqlarında şizofreniya kimi psixoloji problemlər yarana bilər.

Onlar ana bətnində xəstəliyə yoluxan körpələrin müşahidə edilməsinin vacibliyini vurğulayırlar.

“Bəzən ağır infeksiya zamanı pasiyentlərdə hallüsinasiya, illüziya kimi iti və davamlı psixotik simptomlar müşahidə edilir. Xəstənin vəziyyəti yaxşılaşdıqda bu simptolar yox olur. Lakin infeksiya mərkəzi sinir sistemini zədələdikdə onlar qalır”, - deyə alimlər qeyd edir.