Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-05 16:08:00
Türkiyədə ali məktəblərin iyunun 15-də açılması planlaşdırılır  

Türkiyədə ali məktəblər iyunun 15-də açıla bilər.

 

 AzEdu.az  xəbər verir ki, bu barədə Yüksək Öyrənim Qurumu (YSK)  açıqlama yayıb.

 

Açıqlamada bildirilib ki, dövlətin aidiyyəti qurumları iyunun 1-də pandemiyanın nəzarət altına alındığını və yoluxma sayında azalma olduğunu bəyan edərsə, ali məktəblərdə normallaşma prosesinə başlanacaq. Bu proses mərhələli şəkildə olacaq.

 

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bu il martın 15-də Türkiyədə bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.