https://www.zirve.edu.az/
03.05.2020 14:45
Şiddətlə savaşan rəng, Baker Miller çəhrayısı nədir?

Rənglərin insan psixologiyası üzərindəki təsirləri bir neçə dəfə sübut olunmuşdur. Mavi rəngin verdiyi güvən, yaşıl rəngin yaradıcılığın qaynağı olması kimi teoremlər bəllidir. Rənglərin psixologiyası bir çox araşdırma mövzusu oldu. İnsanları və əşyaları gördüyünüz anda onlar haqqındakı düşüncələriniz təxminən 90 saniyə ərzində formalaşır. Bu düşüncənin isə 60-90%-i tamamilə rənglərə bağlıdır. Bu səbəblə rənglərin insanlar üzərində təsiri var. Xüsusilə qızların istifadə etdiyi rəng olaraq da tanınan çəhrayı rəng, bir müddətdir ki, həbsxanalarda da istifadə olunur. Həbsxanalarda istifadə olunan bu Baker-Miller çəhrayısı nədir bəs? Haradan gəlir?

 

Rənglərin insan davranışları üzərində təsirinin olmasını mənimsəyən insanlar bir xeyli çoxdur. ABŞ, İngiltərə, İsveçrə, Almaniya, Polşa və Avstrada bəzi həbsxanalar, çəhrayının müəyyən tonunda boyanır. Bu çəhrayı tonunun adı isə Baker-Miller-dir. Bəs bu rəng haradan gəlir?

 

1960-cı illərin sonlarında Amerikan Biososial Araşdırmalar İnstitutunu işlədən Alexander Schauss, çəhrayı rəngin psixolojik və fiziolojik təsirləri üzərində araşdırma edir.

 

Schauss, rəng seçimlərinin insan xarakteri haqqında ipucları verdiyinə inanan İsveçrəli psixiatrist Max Luscher-in çalışmalarından təsirlənir. Luscher, rəng seçimlərinin həstələrindəki psixolojik və fiziolojik dalğalanmalara görə dəyişdiyini müşahidə etmiş və rəng seçiminin duyğusal vəziyyətləri ifadə etdiyini iddia etmişdi.

 

Aparılan araşdırmalardan təsirlənən Schauss, 1978-də rənglər və insanlar üəzrində bir çalışma apararaq, rənglərin əzələ gücündən kardiovaksular sistemə qədər bir çox şey üzərində təsiri olduğunu müşahidə etdi. Schauss, araşdırma asistantı John Ott-un köməyi ilə öz üzərində testlər apardı və bu testlərdə çəhrayı rəngin çox dərin bir təsirə sahib olduğunu gördü.

 

Schauss, xüsusilə idman etdikdən sonra sadəcə bu rəngdə olan 18×24 inçlik bir karta baxaraq, digər rənglərə nisbətən ürək atışlarını, nəbzini və təngənəfəsliyini azaltmaqda görünən bir təsir olduğunu bildirdi. Schauss bu çəhrayı tonun adını “P-618” olaraq qeyd etdi.

 

1979-cu ildə Vaşinqton-dakı həbsxananın kameralarından bəzilərini çəhrayı rəngə boyamağı qəbul etdirməyi bacardılar. Bu sayədə çəhrayı rəngin məhbuslar üzərindəki təsirlərini müşahidə edə biləcəkdilər. Aparılan təcrübədə, içərisi çəhrayı rəngdə olan kameralardakı məhbusların şiddətə olan meyillilikləri izləndi.

 

Reporta görə, “1 mart 1979-da bu prosedurun başladılmasından bəri, nizamsız və ya şiddət davranışları yaşanmadı” Beləliklə, Schauss-un kəşf etdiyi bu çəhrayı tonu, müşahidəyə icazə verən müdirlərin Baker və Miller-in adını daşıdı.

 

Lakin James E. Gilliam və David Unruh tərəfindən aparılan müşahidədə əvvəlki nəticələrin əksinə şahid oldular. Santa Clara həbsxanasında bu rəng istifadə edildiyi zaman şiddət faizi əvvəlkindən daha yüksək olmağa başladı.