Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-27 18:12:00
Təhsil naziri yay tətilinin ləğv olunma ehtimalına münasibət bildirib

Təhsil naziri Ceyhun Bayramov yay tətilinin ləğv olunma ehtimalına münasibət bildirib. 

AzEdu.az-ın  xəbərinə görə, nazir deyib ki, bütün mövcud real vəziyyət, yerli konteks, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq dərslərin başlanması müddəti ilə bağlı qərar veriləcək: "Bütün hazırlıq işləri aparılır. Bir məqam aydındır ki, bir sıra yeniliklər, mövcud reallıqlar nəzərə alınacaq, ancaq konkret vaxtla bağlı indi danışmaq düzgün olmaz".