Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-27 10:09:00
Almaniyada təhsil almaq istəyənlər üçün əla şans  – ÖDƏNİŞSİZ SEMİNAR

Almaniyada təhsillə bağlı aprelin 30-u saat 14:00-da SRH University Heidelberg nümayəndəsi tərəfindən online seminar baş tutacaq.

 

AzEdu.az xəbər verir ki, seminar tələbələrin Almaniyada təhsillə bağlı informasiya əldə etməsi, SRH Heidelberg Universitetinin tələbələr üçün yaratdığı fürsətlər barədə ətraflı məlumat vermək məqsədi ilə təşkil olunub.

 

Seminarda iştirak üçün aşağıda qeyd olunan linkdəki formanı doldurmağınız xahiş olunur:

https://forms.gle/sMUEu3upB7XDeXaK8

 

Qeydiyyatdan keçən hər kəsin e-mail ünvanına qoşulmaq üçün dəvət linki göndəriləcək.

 

Tədbirə qoşula bilməyiniz üçün istər telefon, istərsə də kompüterinizə "Zoom" tətbiqetməsini yükləməyiniz və qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Qeyd edək ki, hər hansı sualınız yaranarsa, aşağıdakı nömrə  və e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz:

[email protected]
+994 50 283 97 99