Azedu.az

Milli Hematologiya və Transfuziologiya Mərkəzində doktorantura yaradılır

Ali təhsil

11 Aprel 2020, 10:48
Milli Hematologiya və Transfuziologiya Mərkəzində doktorantura yaradılır

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na dəyişiklik edib.

AzEdu.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə Milli Hematologiya və Transfuziologiya Mərkəzi fəlsəfə doktoru hazırlayacaq.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə:

Milli Hematologiya və Transfuziologiya Mərkəzi, fəlsəfə doktoru üzrə

Eyni zamanda Səhiyyə Nazirliyi üzrə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun doktorantura təhsili vermək hüququ ləğv edilib.

İrandan daha bir hücum - Bakı hədəfə alındı
Son xəbərlərDaha çox