Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant dərslərin başlamasını nəzərə alaraq, tələbələri maraqlandıran sualların cavablandırılması məqsədilə fakültə dekanları Facebook üzərindən canlı yayıma çıxacaqlar.
AzEdu.az xəbər verir ki, UNEC-dən verilən məlumata görə, tələbələr suallarını öncədən və ya canlı yayım vaxtı fakültələr üzrə qeyd olunan Facebook səhifələrinə ünvanlaya bilərlər. Fakültələr üzrə dekanlarla canlı yayımın qrafiki və yayımın aparılacağı Facebook səhifələri də təqdim olunub:
UNEC İqtisadiyyat fakültəsi Qaynar Xətt
UNEC Magistratura Mərkəzi Qaynar xətt
UNEC Maliyyə və Mühasibat fakültəsi - Qaynar Xətt
Rus İqtisad Məktəbi (UNEC Russian Economic School)
UNEC - Biznes və menecment fakültəsi Qaynar Xətt
UNEC Distant Qiyabi və Əlavə Təhsil Mərkəzi - Qaynar Xətt
UNEC Biznes Məktəbi - (UNEC Business School)
UNEC - Türk Dünyası İqtisad Fakültəsi - Qaynar Xətt
UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi - BMDM
UNEC Ekspertiza və Standartlaşdırma fakültəsi Qaynar xətt