Azedu.az

Magistrantlar üçün dərslər distant formada davam etdirilir

6 Aprel 2020, 14:47
Magistrantlar üçün dərslər distant formada davam etdirilir

AMEA prezidentinin akademiya magistrantları üçün distant tədrisin təşkili barədə müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda da martın 29-dan etibarən magistrantlar üçün dərslər distant qaydada tədris olunur.

İnstitutdan bildirilib ki, birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada həyata keçirilir. İkinci kurs magistrantları isə elmi rəhbərlərin iştirakı ilə distant olaraq elmi-pedaqoji təcrübə keçirlər.

Qeyd edək ki, institutun magistraturasında ümumilikdə 3 ixtisas (kompüter elmləri, kompüter mühəndisliyi və informasiya texnologiyaları və sistemləri mühəndisliyi) üzrə birinci kursda 8 nəfər, ikinci kursda isə 7 nəfər təhsil alır.

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox