Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə fakültəsinin tələbələri koronavirus pandemiyası haqqında məlumatlandırıcı və maarifləndirici videoçarx hazırlayıblar.
Universitetin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki, həmin videoçarxda tələbələr hər kəsi COVID-19 virusundan qorunmaq üçün gigiyenik qaydalara riayət etməyə, zərurət olmadıqda isə evdən çıxmamağa çağırırlar.