https://www.zirve.edu.az/
06.04.2020 11:12
OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər
Çap et

Məktəblər COVID-19-dan sonra yenidən açılanda heç vaxt əvvəlki kimi olmayacaq


 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)  qeyd edir ki,  dünyanın  100-dən çox ölkəsində məktəblər,  təxminən 1 milyard uşağın təhsilinə təsir edən koronavirusun yayılmasından qorunmaq üçün bağlanıb, evdə təhsil sinifdə tədrisin yerini tutub.

 

Dünyanın müxtəlif  bölgələrində rəqəmsal texnologiyalardan evdə uşaqlar üçün dərslərin keçirilməsi məqsədilə getdikcə daha çox istifadə olunur.

 

Pandemiyanın başlanmasına qədər evdə təhsil alanlar azlıq təşkil edirdi.  ABŞ-da təhsil alan  56,6 milyon şagird  arasında 1,7 milyon uşağın evdə təhsilə cəlb olunduğu təxmin edilir.
Bu gün hər şey tamamilə fərqli görünür. Bütün dünyada məktəblər Microsoft və Google-nun mövcud platformalarından, eləcə də şagirdlərə dərslər vermək üçün Zoom kimi konfrans tətbiqlərindən istifadə edir. Böyük Britaniyada  fitness təlimatçı Jo  Uiksin idman zalında təşkil etdiyi virtual dərslərin son dərəcə məşhur olduğu ortaya çıxdı.


Eyni zamanda, Fransada  "Mənim sinfim evim" ("Ma classe a-la maison")  resursu yaradılıb ki, bu, noutbuk və ya smartfon kimi qurğularda  əlçatandır.  Burada dörd həftə ərzində kurslar nəzərdə tutulur ki, İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatı (OECD) onu özünü doğrultmuş pedaqoji məzmun kimi təsvir edir.

  

Təhsil sahəsində inqilab?

 

OECD təhsil sahəsində texnologiyaların fərdi  təlimi necə əvəzləməsini izləyir. "Məktəblərin fiziki olaraq sadə bir şəkildə rəqəmsal mühitlə əvəzlənməsindən sonra tamamilə yeni iş üsullarının ortaya çıxması bizi xüsusilə ruhlandırır",- deyə OECD-nin  Təhsil və bacarıqlar müdirliyinin əməkdaşı  Treysi Berns bildirir.


Yaponiyada özəl sektora aid  şirkətlər  hökumətə  aid rəqəmsal platformalar  vasitəsilə uşaqlar üçün pulsuz onlayn kurslar təklif edir, tələbələrə və valideynlərə hansı sahədə təlim keçmək istədiklərinə imkan yaradırlar."Daha çox məktəb bağlandığından, biz təkcə  fiziki cəhətdən deyil, həm də akademik və psixoloji cəhətdən ən həssas insanlara xüsusi diqqət yetirməliyik. Bütün cavab tədbirləri təhsil və sosial bərabərsizliyin dərinləşməsinin qarşısını almağa yönəldilməlidir. Sistemlər elektron təlimə kütləvi şəkildə keçdikdə, qoşulmada rəqəmsal boşluq, qurğulara və bacarıq səviyyələrinə çıxış daha çox ağırlıq qazanır",-deyə Treysi Berns bildirir.

  

O  qeyd edir ki,  məktəblərin  tezliklə elektron təhsillə əvəz olunacağı barədə danışmaq hələ çox erkəndir. Lakin OECD-nin Təhsil və bacarıqlar  departamentinin direktoru Andreas Şleyxer  hazırkı böhranı təhsilin necə təşkil edildiyini yenidən düşünmək imkanı kimi qiymətləndirir.
  

A.Şleyxer  iddia edir ki, artıq məktəb və müəllimlərə "biliklərin çatdırılması sistemləri" kimi baxmaq olmaz,  müəllimlərin öz üzərlərinə  nə öyrətdikləri və necə öyrətdiklərinə dair böyük məsuliyyət götürmələrinə imkan verilməlidir.

 

Müəllimlərin hüquq və imkanlarının genişləndirilməsi

 

"Mən müəllimlərə və təhsil liderlərinə böyük muxtariyyət verə bilməyəcəyimizi söyləyən bir çox insanlarla görüşürəm. Çünki  onların bunu yerinə yetirmək üçün heç bir imkanları və təcrübəsi yoxdur.  Başqalarının hazırladığı  hamburgerləri qızdırmaq istəyənlər, çətin ki, baş aşpazlar olsunlar",-deyə A.Şleyxer bildirir.

 

"Tədrisə yön verən yanaşmamızın sadə bir şəkildə davam etdirilməsi müəllimlərdən bu böhran anında tələb olunan dərslərini yalnız başqa bir mühitdə təkrarlamaq deyil, həm də insanların nə öyrəndiyini,  harada öyrəndiyini və necə öyrəndiklərinə yeni cavablar tapmağı tələb edir ".

 

A.Şleyxer texnologiyanın sinifdə daha böyük rol oynamalı olduğunu söyləyir: "Texnologiya yalnız tədris və təlim metodlarını dəyişdirə bilməz, həm də əldə edilən biliklərin qurucuları kimi müəllimlərin rolunu artıra bilər".

 

Bütün dünyada müəllimlər sinifdə rəqəmsal texnologiyaların olmamasının tədrisə maneə yaratdığını bildirirlər.  Müəllimlərin yarıdan bir qədər çoxu öz şagirdlərinə layihə və ya məşğələ üçün kompüterlərdən istifadə etməyə imkan verib.

 

Müəllimlərin yalnız 60% - i texnologiyadan istifadə məsələləri üzrə peşəkar hazırlıqdan keçib və təxminən 20% - i onların bu sahədə ciddi inkişafa ehtiyacı olduğunu bildirib. Amma pandemiya ilə koronavirus bizə təhsilin necə inkişaf edə biləcəyi barədə bir fikir verir: bu vəziyyət dəyişə bilər; məktəblər COVİD-19-dan sonra yenidən açılanda heç vaxt  əvvəlki məktəblər olmayacaq.

 

Beləliklə də OECD belə nəticəyə gəlir ki:

 

  • *COVID-19 böhranı zamanı uşaqların evdə öyrənməsi təhsilə olan yanaşmamızı dəyişir;
  • * Müəllimlərin xəstəlik epidemiyası zamanı istifadə etdikləri innovasiyalar uzunmüddətli dəyişikliklərə səbəb ola bilər, bu zaman texnologiyalar gələcəkdə məktəblərdə daha vacib rol oynayacaq;
  • *Lakin elektron təhsil sahəsində əldə olunan nailiyyətlər təhsil baxımından əlverişsiz təlim metodlarını geridə qoymamalıdır.