Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 14:00:00
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun magistrantları üçün distant tədrisə başlanılıb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) magistraturasında dərslərin distant yolla keçirilməsinə başlanılıb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu məqsədlə NKPİ-nin magistraturasında tədris prosesinə cəlb olunmuş professor-müəllim heyəti - professor Hikmət İbrahimov, dosentlər Elmar Abdullayev, Almaz Tağıyeva, Gülbəniz Muxtarova, Məhyəddin İskəndərov tərəfindən neft kimyası, nanomateriallar kimyası və ətraf mühit kimyası ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslər keçirilir. Dərslər elektron telekоmmunikasiya vasitələrindən istifadə etməklə onlayn rejimdə tədris olunur. Dərslərin keçirilməsinə nəzarət məqsədilə institutun Təhsil şöbəsi onlayn rejimdə birbaşa müəllim heyəti və magistrantlarla müntəzəm əlaqə saxlayır.