Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 15:12:00
Bu il qəbul imtahanları keçirilməyəcək?-DİM-dən rəsmi cavab

Qəbul imtahanlarının birinci mərhələsi, həmçinin ərizə qəbulunun təxirə salınması abituriyentlər arasında yanlış söyləntilərə səbəb olub.

Onların əksəriyyəti sosial şəbəkələrdə bu il ali təhsil müəssisələrinə və kolleclərə qəbul imtahanlarının keçirilməyəcəyi haqqında məlumatlar əldə etdiyini vurğulayır.

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi abituriyentlərə rəsmi məlumatları izləməyi tövsiyə edib.

Bu il ali və orta təhsil müəssisələrinə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.  İmtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir. Tövsiyə edirik ki, rəsmi məlumatları izləyin. Heç yerdə belə bir məlumat verilməyib.

Qeyd edək ki, imtahanın bir mərhələlli keçirililməsi ilə bağlı rəsmi məlumat yoxdur.