Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-29 12:00:00
Koronavirusdan qorunmaq üçün bunları edin

AzEdu.az xəbər verir ki, koronavirusdan qorunmaq üçün bunlar ÖNƏMLİDİR:

1. Zərurət yoxdursa evdən çıxmayın!
2. Qapalı, kütləvi yerlərdən uzaq olun!
3. Səfərləri təxirə salın!
4. Əlləri, üzünüzü müntəzəm sabunlu su ilə yuyun!
5. Ağız və burnu maska ilə bağlayın!
6. Maska taxmazdan öncə əlləri spirtlə silin və ya sabunlu su ilə yuyun!
7 .Maska nəm olarsa, onu yenisi ilə əvəzləyin!
8. Viruslara yoluxmuş insanlarla təmasdan çəkinin!
9. Əl vermək, öpüşmək olmaz!
10. Öskürərkən və asqırarkən məsafə saxlayın!
11. Ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlayın!
12. Ev heyvanları ilə təmasdan sonra əlləri sabunla yuyun!
13. Ət məhsulları və yumurtanı tam bişirin!
14. Mobil telefonları müntəzəm olaraq spirtli dəsmallarla təmizləyin!
15. Evdə, işdə qapı dəstəklərini, mebelləri dezinfesksiyaedici məhlullarla silin!
16. Otaqların, ofisin havasını tez-tez dəyişin!
17. Qidalanma, yuxu rejiminə əməl edin!
18. Yetərincə maye qəbul edin, soyuq içkilər, alkoqol, tütündən uzaq durun!
19. Xəstə insanlara evdə qalmağı tövsiyə edin!
20. Təşvişə düşməyin, ətrafdakılara gigiyenik qaydaları təşfiq edin!