Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-24 12:40:00
Rektordan tələbələrə müraciət-Sizə necə kömək edə bilərəm?

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov tələbələrə müraciət edib. Onun facebook üzərindən paylaşdığı fikirləri:

“Sabahınız xeyir əziz tələbələrim, hər birinizə koronavirusdan yaxşı qorunmağı tövsiyyə edirəm, bunun üçün dövlətin həyata keçirdiyi profilaktiki və karantin tədbirlərinə əməl etmək kifayətdir. İndi sualım aqronomluq ixtisası üzrə təhsil alan II kurs tələbələrinədir: xahiş edirəm deyin görüm , mənim son iki həftədə söylədiyim mühazirəni kimləyir dinləyir? Qeyd edim ki, universitetdə dərs başlayanda bir də bu mövzulara qayıda bilməyəcəyik. Yazın çətinliklərinizi, necə dəstək verə bilərik Sizə? Hörmətlə, İbrahim müəllim
 Bu müraciətimdə suallarımı universitetin müəllimlərindən biri kimi verdim “.