Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 16:19:00
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir

Koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində 2020-ci il martın 11-dən bilavasitə Azərbaycan Milli Kitabxanasında oxuculara xidmət müvəqqəti dayandırılıb. Lakin buna baxmayaraq Milli Kitabxana onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir.

AzEdu.az xəbər verir ki, kitabxananın onlayn xidmətlərinin fəaliyyəti əməkdaşlar tərəfindən gücləndirilib və bu barədə oxuculara məlumat verilib. Bu gün Milli Kitabxananın onlayn xidmətləri (biblioqrafik sorğu, sənədlərin sifarişi və elektron çatdırılması, virtual sərgi və metodiki xidmətləri) oxucular üçün aktivdir.

Milli Kitabxananın istifadəçiləri onlara lazım olan resursları kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. Martın 11-dən etibarən 200-ə yaxın istifadəçiyə 1000-ə yaxın resurs elektron çatdırılıb.

Həmçinin Milli Kitabxananın virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq minlərlə elektron resurslardan istifadə edə bilərlər.