Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 14:15:00
"Bütün proses boyu sizin yanınızda olacağıq"-DİM-dən abituriyentlərə MÜRACİƏT

Bildiyiniz kimi bugünlərdə koronavirus (COVİD-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir və bu çərçivədə bir sıra kütləvi tədbirlər təxirə salınıb.

Tədris prosesinin dayandırılması müddətinin uzadılması ən çox abituriyentləri, onların valideynlərin və müəllimləri narahat edir.

AzEdu.az xəbər verir ki, məhz bu məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi əhaliyə müraciət edib.

 

“Aparılan tədbirlərə müfaviq olaraq Dövlət İmtahan Mərkəzi də vətəndaşların sağlamlığını qorumaq məqsədilə kütləvi imtahanların keçirilməsini müvəqqəti dayandırıb. Görülən tədbirlər ictimai həyatın digər sahələrində olduğu kimi, tədris prosesində də ləngimələrə səbəb olsa da, insan sağlamlığının hər şeydən dəyərli olması bu tədbirləri zəruri edir. Hər birimiz özümüz və yaxınlarımızın qayğısına qalmalı, rəsmi dövlət orqanları və mütəxəssislər tərəfindən tövsiyə olunan qoruyucu tədbirlərə riayət etməliyik.

Pis günün ömrü az olar. Əminik ki, dövlət və vətəndaşlarımızın birgə səyi ilə bu problem yaxın vaxtlarda öz həllini tapacaq və hər birimiz normal iş rejiminə qayıdacağıq”.

Müaciətdə müasir texnologiyaların imkanlarından maksimum yarlanmaq, DİM-in “Youtube” kanalında yerləşdiriləndərslərdən və onlayn sınaqlardan faydalanmaq tövsiyə olunur. 

 

“Rəsmi olaraq tədris prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı, o cümlədən tədris prosesini davam etdirməyə imkan verir. Biz sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək, müəllimlərimiz, tələbə yoldaşlarımızla ünsiyyəti davam etdirə, lazımi məlumatları əldə edə bilərik. Bir sözlə, müasir dünyanın gətirdiyi problemləri, elə müasir dünyanın təmin etdiyi imkanlarla həll etmək mümkündür.

Bütün proses boyu Dövlət İmtahan Mərkəzi həmişə olduğu kimi sizin yanınızda olacaq, sizi gələcək imtahanlarla əlaqədar lazımi məlumatlarla təmin edəcək. DİM-in rəsmi internet səhifəsi, sosial media kanalları, həmçinin Çağrı Mərkəzi vasitəsilə sizi maraqlandıran bütün suallara cavab tapa biləcəksiniz.

Bu müddətdə abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər”.

Xatırladaq ki, DİM aprel ayı ərzində keçirilməsi nəzərdə tutulan bütün imtahanları və kütləvi tədbirləri təxirə salıb.