Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-19 11:00:00
Qısa ömürlərində dünyanın dahilərinə çevrilən 10 şəxs

Motsart
Klassik musiqinin dahilərindən biri. 35 illik ömrünə 626 əsər sığdırmışdır. 15 yaşından operaları ilə hər kəsin qəlbində taxt qurmuşdur.

Artur Rembo
37 il yaşayıb. Qısa həyatı kasıblıqla keçib. Cəmi 3 il şeir yazıb. 20 yaşından sonra səyahətlərə çıxıb. Dünya bu 3 illik yaradıcılığına görə ona hər zaman minnətdardır.

Evaris Qalua
Müasir cəbrin və qrup nəzəriyyəsinin banisidir. Özü də bu kəşfi gənc yaşlarında edib. Qaluanın qrup nəzəriyyəsi müasir kvant mexanikasında, kristalloqrafiyada və təbiətşünaslıqda öz tətbiqlərini tapmışdır. Son yüzillikdə riyaziyyatın bütün sahələrində Qaluanın ideyaları bu və ya digər şəkildə tətbiqini tapmışdır. 20 yaşında dueldə öldürülüb.

Nikolay Dobrolyubov
25 yaşında gözlərini əbədiyyən yumub. Bu qısa ömürdə rus nəsrinin ən parlaq simalarından biri olmağı bacarıb. Tənqiddə, poeziyada qələmini sınayıb. İvan Qonçarovun “Oblamov” romanı haqqında yazdığı təhlil yazısı əsərin özü qədər məşhurdur.

Mixail Lermontov
“Zəmanəmizin qəhrəmanı” kimi mükəmməl bir romanın müəllifi. Böyük rus şairi. 26 yaşında dueldə öldürüldü. Geriyə onun hər kəsin könlündə taxt quracaq əsərləri qaldı.

Otto Veyninger
Avstiraya filosofu. 23 yaşında vəfat edib. “Cins və xarakter” adlı məşhur kitabı 22 yaşında yazmışdır.

Şah İsmayıl Xətai
Yəqin ki, heç kim onun qədər şanslı olmayacaq. 15 yaşında imperiya qurub özünü şah elan etmək hər adamın qismətinə düşmür.

Albert Eynşteyn
Düzdü, çox yaşayıb. 76 yaşında vəfat edib. Ancaq dünyaya səs salan Nisbilik nəzəriyyəsini 26 yaşında ortaya çıxarıb.

Janna Dark
Cəmi 19 illik həyat… Uşaqlıq illəri Fransa və İngiltərənin 100 illik müharibəsinə təsadüf etmişdi. 16 yaşından ingilislərə qarşı vuruşub. 19 yaşında ingilislər tərəfindən əsir götürülüb və diri-diri yandırılıb.

Şellinq
Klassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir. 79 il ömür sürsə də, əsas əsərlərindən sayılan «Transsendental idealizm sistemi»ni 25 yaşında yazıb.

Silviya Plat
30 illik bir ömür. 8 yaşında ilk şeirini yazıb. Həyatı boyu manik depressiyadan əziyyət çəkib. İntihara cəhd etdiyi üçün ruhi xəstəxanaya yerləşdirilib. Sonra evlənir, ərinin qısqanclıqları onun həyatını zəhərə çevirir. 1963-cü ildə ikinci mərtəbədə yatan uşaqlarına süd və şirniyyat qoyduqdan sonra başını sobaya soxaraq intihar edib. Geriyə onun bir-birindən gözəl əsərləri qaldı.

*BONUS
Mark Zukerberg

20 yaşında Facebook kimi nəhəng sosial şəbəkə yaratmaq ağlasığmazdır. 32 yaşındadır və hələ də dünyanı heyrətləndirməkdə davam edir…