Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin binasında koronavirus təhlükəsinə qarşı dezinfeksiya işləri həyata keçirilib. Akademiyadan AzEdu.az-a bildirilib ki, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları arasında, həmçinin maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, AMEA rəhbərliyinin tapşırıq və göstərişləri diqqətə çatdırılıb.