Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 10:09:00
Ermənistanda bütün təhsil müəssisələri bağlandı

Ermənistanda martın 13-dən bağça, orta məktəb və ali təhsil məktəbləri bağlanıb.

AzEdu.az xəbər verir ki, Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

Ölkədə təhsilin yenidən başlayacağı vaxt açıqlanmayıb.

Hökumət başçısı koronavirusla bağlı yaranmış vəziyyətə görə məzuniyyətini dayandıraraq işə qayıdıb. O, konstitusyaya dəyişiklik etmək üçün keçiriləcək referendumla əlaqədar məzuniyyətə çıxmışdı. 

Ermənistanda referendumla bağlı təbliğat kampaniyası da dayandırılıb. 

Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində ölkədə koronavirusa daha 2 nəfərin yoluxduğu barədə məlumat yayıb.

Qeyd edək ki, martın 12-də Ermənistanda 4 nəfərin virusa yoluxduğu, 57 nəfərin isə karantinə alındığı barədə rəsmi məlumat yayılmışdı.