Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 10:43:00
Buraxılış imtahanları nə vaxt keçiriləcək?- DİM

Məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi koronavirusla əlaqədar olaraq  9 illik orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsini təxirə salıb.

Şagirdləri maraqlandıran əsas məsələ imtahanların nə vaxt keçirilməsidir.

DİM-dən AzEdu.az-a verilən məlumata görə qrafiklə bağlı dəqiq məlumat hələ ki, yoxdur. Bu istiqamət üzrə  məlumat  imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaqdır.

Qeyd edək ki,   ikinci istiqamət üzrə buraxılış imtahanlarının Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Ağstafa, Qazax, Tovuz, Samux, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran  şəhərlərində keçirilməsi nəzərdə tutulub.