Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-29 17:15:00
Qubad İbadoğlundan təklif-"Baxça, məktəb və universitetlərdə dərslər dayandırılsın"

 

“Baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın”.

AzEdu.az  xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu sosial şəbəkə hesabından yazıb.

O, əhalini epidemiyadan qorumaq üçün  kompaniya başlatmağı və onu genişləndirməyi təklif edib.

“ Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Artıq 1 nəfərdə koronavirus tapılıb, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb.  Rəqəmlər hər gün artır.

Bir daha təklif edirəm ki, baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın. Bununla əlaqədar olaraq buraxılan dərslər növbəti tədris ilinin sonuna əlavə olunsun.
Eyni zamanda bu müddət ərzində məktəblər sanitar gigiyenik ekspertizan keçirilsin, dezinfeksiya olunsun, onların su təminatı yaxşılaşdırılsın, tualetlər təmir edilsin və ya yenidən qurulsun, əlləri yumaq yerləri sabun və digər gigiyenik vasitələrlə təchiz edilsin, qurulayıcı vasitələr quraşdırılsın, sanitar-gigiyenik tələblərə dair posterlər nəşr edilib siniflərdə yerləşdirilsin, müəllimlər təlimlərə cəlb edilsin”.

 

Qubad İbadoğlu Nazirlər Kabinetinə müraciət etməyi təklif edir.

“Qanuna görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.
Gəlin birlikdə Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət edək ki, kütləvi xəstəlik ehtimalının yüksək olması səbəbindən qabaqlayıcı tədbir kimi baxça, məktəb və universitetlərdə təhsil növbəti həftədən Novruz bayramına qədər dayandırılsın.
Virusu məktəblərə buraxmayaq hashtag ilə kampaniya başlamağı təklif edirəm. Kampaniyaya qoşulun, paylaşın və dəstək olun”.