https://www.zirve.edu.az/
27.02.2020 12:34
Bu ərazilərdəki məktəblərdə vakan yerlər açıqlandı-Müəllimlərin diqqətinə!
Çap et

TİPİİ-nin İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə imtahan nəticəsi və coğrafi bölgü prinsipi əsasında namizədlərin əlavə yerləşdirilməsi davam edir.

 AzEdu.az xəbər verir ki,  Bakı, Abşeron, Qobustan, Biləsuvar, Astara, Tovuz,  Cəlilabad regionları   üzrə texnologiya ,  təsviri incəsənət,  fizika , inglis dili , kimya,  informatika müəllimliyi ixtisaslar üçün vakant yerlər açıqlanıb.

Qeyd olunan vakant yerlərlə bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və fənn üzrə imtahan nəticəsi olan namizədlər müraciət edə bilərlər. Namizədlər müraciətlərini qısa şəkildə TİPİİ-nin İnsan Resursları Mərkəzinin rəsmi "facebook" səhifəsinin rəy bölməsinə (ad, soyad, ata adı, imtahan nəticəsi, seçmək istədiyi vakant yer) qeyd edə bilərlər.

Qeyd edək ki, vakansiyalara müraciət üçün müddət 1 gündür.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları