https://www.zirve.edu.az/
26.02.2020 14:23
Əcnəbilər üçün hazırlanmış tədris vəsaitlərinin təqdimatı keçiriləcək
Çap et

“Azərbaycan dilini dünyaya tanıdaq” devizi altında icra edilən “Salam, Azərbaycan!” layihəsi çərçivəsində martın 2-də AMEA-da Azərbaycan dilini öyrənən əcnəbilər üçün hazırlanmış tədris vəsaitləri dəstinin təqdimat mərasimi keçiriləcək.

AMEA-dan Azedu.az-a  bildirilib ki, tədbir Nəsimi adına Dilçilik İnstitutu, Diasporla İş üzrə Dövlət Komitəsi və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə reallaşacaq.