https://www.zirve.edu.az/
25.02.2020 14:21
ABŞ-da 11 yaşlı qız parlamentə dolu tüfənglə girdi
Çap et

ABŞ-ın Aydaho ştatında 11 yaşlı Beyli Nilsen qanunvericiliyin müzakirə olunduğu parlamentin iclasına dolu tüfənglə girib.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, qız ictimai dinləmədə babasını müşayiət edib. Onlar Aydaho ştatında qeydiyyatda olmayan silahların gizli daşınması barədə qanun layihəsinə dəstəklərini ifadə etmək istəyiblər.

Baba nəvəsini cəmiyyətin odlu silahdan qorxmamalı olduğunu nümayiş məqsədi ilə parlamentin iclasına gətirdiyini deyib.

“Beyli beş yaşından atəş açır. O, doqquz yaşı olarkən elə bu tüfəngdən özünün ilk maralını vurub. Nəvəm bu silahı məsuliyyətlə daşıyır və bilir ki, barmağı tətikdə saxlamaq olmaz”, - deyə baba bildirib.

Hazırda Aydaho ştatında sakinlərə 18 yaşından etibarən gizli şəkildə silah daşımağa izn verilir.