Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-25 10:11:00
Buraxılış imtahanında səhv cavablar ümumi bala təsir edir?-CAVAB

AzEdu.az mütəmadi olaraq buraxılış, qəbul imtahanları ilə bağlı sualları rəsmi quruma istinadla cavablandırır.

Orta təhsil bazasında (9 illik) buraxılış imtahanında iştirak edəcək şagirdləri maraqlandıran əsas məsələlərdən biri də səhv cavabların ümumi bala təsir edib-etməməsidir.

DİM-dən verilən məlumata görə  9-cı sinif üzrə buraxılış imtahanlarında hər iki mərhələdə  səhv cavablar düzgün cavablara təsir etmir.

Məlumat üçün qeyd edək ki, birinci mərhələdə şagirdlərə Azərbaycan dili 20,  riyaziyyat 10,  xarici dil fənnindən isə 15 tapşırıq verilir. Hər bir fəndən  maksimal 30 bal toplana bilər.

İkinci mərhələdə isə şagirdlərə hər fənnə aid  30 sual təqdim olunur.   İmtahanın maksimal nəticə isə 70 baldır.