Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 12:00:00
Bu ixtisaslar üzrə qəbul aparılmayacaq- Tam siyahı

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən xeyli sayda ixtisaslar qruplardan  çıxarılıb.

AzEdu.az 2020-ci ildə ali təhsil müəsissələrinə qəbul aparılmayan ixtisasların tam siyahısını təqdim edir.

I ixtisas qrupu üzrə formalaşan 83 ixtisasdan 27-si ləğv edilib. Qeyd olunan ixtisaslar siyahıdan çıxarlıb.

Hidrogeologiya mühəndisliyi

Neft-qaz qurğuları mühəndisliyi

İstilik energetikası mühəndisliyi

Enerji maşınqayırması mühəndisliyi

 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi

 Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

 Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi

Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi

 Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

Çoxişlənən malların texnologiyası mühəndisliyi

İstehlak mallarının ekspertizası və marketinqi

 Poliqrafiya mühəndisliyi

Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

 Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

Biotibbi texnologiya mühəndisliyi

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

 Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması istismarı və təmiri  

Xüsusi təyinatlı texnika və sistemlər

 Kosmik texnologiyalar mühəndisliyi

 Kosmik texnika mühəndisliyi

 Kosmik idarəetmə sistemləri mühəndisliyi

Geodeziya və xəritəçilik mühəndisliyi.  

II ixtisas qrupunda isə  5 ixtisas ləğv edilib.

Dünya iqtisadiyyatı

Mühasibat uçotu və audit

Sənayenin təşkili və idarə olunması

Kommersiya

Turizm və otelçilik.

 III ixtisas qrupunda 5 ixtisas ləğv edilərək ümumilikdə 24 ixtisas üzrə qəbul aparılır.

Məktəbəqədər təlim və tərbiyə

Kitabşünaslıq

Antropologiya

Teatrşünaslıq

Kinoşünaslıq.

IV ixtisas qrupunda 3 ixtisas ləğv edilib

Müalicə işi,

Tibbi profilaktika

 Həkim yardımçısı.

 Xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas qəbul siyahısından çıxarılıb

Bədən tərbiyəsi və idman

Solo oxuma.

 Estrada sənəti

Xalq çalğı alətləri ifaçılığı

 Rəqs müəllimliyi.

Məlumat üçün bildirək ki,  həmçinin  qruplarda yeni  ixtisaslar yaradılıb, bəziləri isə ləğv edilən ixtisasların əsasında  yenidən formalaşdırılıb.