https://www.zirve.edu.az/
18.02.2020 15:25
Bu şəxslər  qəbul imtahanlarının ikinci mərhələsinə buraxılmayacaqlar -  Şərtlər

Qəbul imtahanlarında ilk dəfə iştirak edəcək abituriyentləri müsabiqə şərtləri ilə tanış etmək məqsədilə AzEdu.az bəzi qaydaları təqdim edir.

Ötən il IV ixtisas qrupu üzrə müsabiqə şərtlərinə görə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsində isə balı 100-dən az olmayan abituriyentlər buraxılıblar.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqli olub.

Belə ki, dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi  ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili  fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılıblar.

Bəzi ixtisaslar (“Ekologiya”) üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan ,  dövlət sifarişi əsasında ayrılan yerlər üzrə isə  ümumi balı 200-dən  və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılıblar.

Həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər”, “Ekologiya”, “Əczaçılıq”, “Bitki mühafizəsi”, “Bağçılıq və tərəvəzçilik” ixtisasları,  Naxçıvan Dövlət Universitetinin  “Bayrtarlıq”  ixtisası, Lənkəran Dövlət Univeristetinin  “ Baytarlıq”, “Bağçılıq və tərəvəzçilik  ixtisasları üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla  qəbul aparılan yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak ediblər.

 Qeyd edək ki, müsabiqə şərtləri qəbul imtahanlarının nəticələri əsasında müəyyənləşir.