Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-17 15:32:00
Bu fənlərə aid proqramlarda heç bir dəyişiklik edilməyib- Mövzular çıxarılmayıb

 2019/2020-ci tədris ili üçün ümumi orta ( 9 illik) və tam orta (11 illik) təhsil bazasında buraxılış imtahanlarının proqramlarında 2019-cu ildə təkmilləşdirilərək yenidən nəşr edilmiş və  ümumtəhsil müəssisələrinə istifadəyə verilmiş  dərsliklərdəki dəyişikliklər nəzərə alınıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə   buraxılış imtahanlarında bəzi fənlərin proqramında isə heç bir dəyişiklik edilməyib.

2019-cu ildə təkmilləşdirilərək,  nəşr edilmiş “Русский язык” və “English”  dərsliklərində yalnız  redaktə xarakterli düzəlişlər olduğuna görə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Həmçinin, 2019-cu ildə təkmilləşdirilərək,  nəşr edilmiş “Riyaziyyat” dərsliklərində yalnız  redaktə xarakterli düzəlişlər olduğuna görə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Qeyd edək ki, 11 illik tam orta təhsil bazasında buraxılış imtahanı ali təhsil müəssisələrinə, eləcə də kolleclərə qəbulun birinci mərhələsidir.