Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 12:32:00
Rezidenturaya hazırlaşanlar üçün dərs vəsaitləri təqdim olunur

Rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün baza fənləri üzrə nəşr edilmiş daha iki vəsait – “Anatomiya çeloveka” və “Patoloji fiziologiya” adlı vəsaitlər təqdim edilir.

AzEdu.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu vəsaitlər də tərtib edilərkən digər vəsaitlərdə olduğu kimi son illərdə əldə edilmiş elmi yeniliklər nəzərə alınıb. Həm yerli, həm də xarici mütəxəssislərin müsbət rəyinə layiq görülmüş bu vəsaitlər Azərbaycan Tibb Universitetinin müvafiq fənlər üzrə tədris proqramları və Dövlət İmtahan Mərkəzinin rezidenturaya qəbul imtahanı proqramları əsasında hazırlanıb. “Patoloji fiziologiya” Azərbaycan Tibb Universitetinin Elmi şurası tərəfindən dərs vəsaiti kimi nəşrə tövsiyə olunub.

Keçən il nəşr olunmuş “Bioloqiçeskaya ximiya”, “Patoloqiçeskaya fiziologiya”, “Normalnaya fizioloqiya” və “Qistoloqiya (sitoloqiya, embrioloqiya, obşaya I çastnaya qistoloqiya)” adlı vəsaitlər də Azərbaycan Tibb Universitetinin Elmi şurası tərəfindən dərs vəsaiti kimi tanınıb.

Təqdim edilən nəşrlər baza fənləri üzrə biliyin qiymətləndirilməsi işinə töhfədir. Nəşrlərə diqqətlə yanaşılması, təqdim olunan materiallarla bağlı rəy və təkliflərin Dövlət İmtahan Mərkəzinin rezidentura üzrə sektoruna (ünvan: Ə.Salamzadə küç., 28, Bakı Asiya Universitetinin binası) bildirilməsi xahiş olunur.

Nəşrləri aşağıdakı göstərilən ünvanlarda yerləşən satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

-Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasındakı (Bakı Asiya Universitetinin binası) “Abituriyent” satış köşkü;

-Azərbaycan Tibb Universitetinin 4 nömrəli (fiziki-kimya) korpusunda yerləşən kitab köşkü.