Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 12:08:00
Deputat  seçilən Etibar Əliyev: "Mütəmadi görüşlər keçirəcəyəm və..." 

 

Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizəd olan Etibar Əliyev 41.4 % səslə rəqbilərini üstələyib.

 Qeyd edək ki, E.Əliyev heç bir partiya üzvü deyil, bitərəf namizəd olaraq seçkilərə qatılıb.

 Uzun illərdir təhsil eksperti kimi jurnalistlərlə əməkdaşlıq edən Etibar Əliyev bu  dairədən qalib olaraq ilk dəfə Modern.az-a açıqlama verib.

 O bildirib ki, imzatoplama və seçki təşviqatı dövründə seçicilərin böyük dəstəyini qazanıb:

 “Seçkiyə qədər, seçki də daxil olmaqla, seçicilərimdən çox razıyam. Görüşünə getdiyim vətəndaşların heç biri ünsiyyətdən qaçmadılar, namizəd kimi məni dinlədilər. Səsvermədə də hava şəraitinin soyuq olmasına baxmayaraq, xeyli aktivlik nümayiş etdirdilər. Ona görə də bu cür seçicilərin mütləq şəkildə qayğısına qalmaq, onların səsi olmaq lazımdır”.

 E.Əliyev qeyd edib ki, daim seçicilərilə təmasda olacaq: “Mütəmadi görüşlər keçirəcəyəm, görüş vaxtları müəyyənləşdirəcəyəm. Seçicilərin problemlərinin həllinə çalışacağam. Deputat seçilmək istəyən şəxs ictimai mənafeyi şəxsi mənafedən üstün tutmağı bacarmalıdır. Çünki onminlərlə insanı təmsil edir. Buna görə də şəxsi mənafeyini ictimai mənafedən sonraya saxlamalıdır. Mənim keçdiyim həyat yolu onların problemlərini parlamentdən səsləndirməyə imkan verəcək. Mən aliməm,təhsil sahəsində çalışmışam, Milli Elmlər Akademiyasının işçisiyəm.

 Düşünürəm ki, seçicilərlə səmimi, hərtəfli əlaqələrimiz olacaq. Qarşıya çıxan problemləri birgə həll etməyə çalışacağıq”.