Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-08 12:42:00
Doqquz yaşında xəstə anasına baxan azərbaycanlı uşaq: “O sağalsa, dünyanın ən xoşbəxt övladı olacam” - VİDEO

Baku TV yeni layihəyə start verib.

AzEdu.az xəbər verir ki, “Qara bəxtim” adlanan layihənin ilk qəhəmanı Xamis adlı oğlan olub.

Doqquz yaşlı Xamis öz anası ilə birgə “Köhnə Sovetski” adlanan ərazidə yaşayır. Hər kəs onun əcnəbi olduğunu sansa da, o özünü əsl azərbaycanlı hesab edir.

Müxtəlif işlərdə çalışan Xamis yaşının az olduğu üçün işə götürülmədiyini bildirib. Hazırda azyaşlı oğlan avtomobilləri park etməyə kömək etməklə pul qazanır. Pulu isə öz əyləncəsi üçün yox, anasının müalicəsinə xərcləyir. 

“Anam sağalıb mənimlə futbol oynasa, o zaman, mən dünyanın ən xoşbəxt uşağı olacam”, - deyə balaca qəhrəman bildirir. Onun ən böyük arzusu anasını sağlam görməkdir.

Xamisin anası Firəngiz xanım illər öncə bəhreynli bir nəfərlə tanış olur və həmin ölkəyə gedir. Dörd il sonra həyat yoldaşını avtomobil qəzasında itirir və  Azərbaycana qayıdır. Burada isə balaca oğlu ilə çətin şəraitdə yaşamağa məhkum olur. 

Yaşadıqları ev şəraitsizdir və mavi yanacaqla təchiz olunmayıb. İsti suyu belə qonşulardan götürürlər. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Xamis dərslərini oxuyur, həyata uyğunlaşmağa çalışır və gələcəyə ümidlə baxır.

 

http://baku.tv/embed/14076