Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-07 15:27:00
Təhsil Nazirliyi: Tələbələrin köçürülməsi bu gün başa çatır

Fevralın 7-də tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatır.

AzEdu.az xəbər verir ki, prosesə bu gün saat 23:59-da yekun vurulacaq.

Xatırladaq ki, tələbələrin köçürülməsinə fevralın 1-dən start verilib. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5 min 959 tələbənin köçürülməsi həyata keçirilib

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.