https://www.zirve.edu.az/
07.02.2020 10:32
Abituriyentlər artıq bu xidmətlərdən istifadə edə bilməyəcəklər-DİM

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzinin ödənişli xidmətlərindən faydalanmaq, eləcə də imtahanlarda iştirak etmək  istəyən istifadəçilər "Şəxsi kabinet"lərinin hesabına tələb olunan məbləği əlavə etməlidirlər.

AzEdu.az xəbər verir ki,  fevral ayından etibarən MilliÖn, E-manat,Kassam.Az ,Portmanat (Mobile payment) ödəniş sistemləri “Şəxsi kabinet” sistemindən ayrılmış və onların xidmətlərinə xitam verilmişdir.  Yəni, abituriyəntlər adları çəkilən xidmətlərdən istifadə edə bilməz.

Abituriyentlər digər xidmətlərdən istifadə etmək üçün ilk növbədə  ekabinet.dim.gov.az saytında öz “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Şəxsi kabinetin yaradılma və istifadə qaydası ilə buradan tanış ola bilərsiniz.

Vətəndaşların “Şəxsi kabinet” yaratdıqdan sonra ödəmə həyata keçirmək üçün bir neçə üsuldan istifadə etmək imkanları var: 

 Vətəndaş bank kartı vasitəsilə online şəkildə “AsanPay” (təhsil ödənişləri->DİM) və “Hesab.az”(təhsil->DİM), “Hökumət ödəniş portalı” (bütün ödənişlər->təhsil->DİM), expresspay.az (qeydiyyatsız ödəniş->təhsil->bütün operatorlar->DİM) və ya bu elektron ödəniş sistemlərinin şəbəkələrinə qoşulmuş ödəniş terminalları vasitəsi ilə apara bilərlər.

Bank kartı olmayanlar “Şəxsi kabinet” yaratdıqdan sonra ödənişi həyata keçirmək üçün “Hökumət ödəniş infrastrukturu”na qoşulan bütün banklar, bankların filialları, şöbələri, həmçinin “Azərpoçt”un filial və şöbələrində şəxsiyyət vəsiqəsi və ya “Şəxsi kabinet”inin nömrəsini əməliyyatçıya təqdim etməklə ödəməni həyata keçirə bilərlər. (əməliyyatçıya “Hökumət ödəniş portalı” vasitəsilə Dövlət İmtahan Mərkəzinin xidmətlərindən istifadə etmək üçün “Şəxsi kabinetimə” vəsait qoymaq istəyirəm demək kifayətdir).

3Banklara məxsus ödəniş terminalları (məsələn “ExspressPay” (təhsil->DİM) və poçt şöbələrində olan e-GovPay ödəniş terminalları vasitəsilə də nağd şəkildə “Şəxsi kabinet”inizin hesabına vəsait əlavə edə bilərsiniz: Expresspay ödəniş terminallarının ünvanları,  Asanpay ödəniş terminallarının ünvanları, e-GovPay ödəniş terminallarının ünvanları.

Qeyd edək ki, onlayn və ya digər əməliyyatlar zamanı təqdim olunan ödəniş qəbzlərini itirməmək və müvafiq vəsaitin hesabınıza köçürülməsinə əmin olana qədər saxlamaq lazımdır.